Tramp İrana tələblərini irəli sürüb

Baş səhifə

Bakı. Trend:

Son bir neçə gün ərzində ABŞ prezidenti Donald Tramp İran
hakimiyyəti ilə danışıqlar aparıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri C-Span
telekanalına açıqlamasında bildirib.

ABŞ prezidentinə İran hakimiyyətinə hansı mesajı ötürdüyü ilə
bağlı sual verildikdə, iki şərt irəli sürdüyünü deyib: nüvə
silahının olmaması və etirazçıların qətlə yetirilməməsi.




Bundan əvvəl ABŞ prezidenti böyük Amerika qüvvələrinin İran
istiqamətində hərəkət etdiyini bəyan etmişdi.

Xatırladaq ki, 2025-ci ilin iyununda ABŞ İranın üç nüvə
obyektinə zərbələr endirib. ABŞ-ın müdafiə naziri Pit Heqset
bildirib ki, ölkə 75 yüksək dəqiqlikli sursatdan istifadə etməklə
İranın nüvə proqramını tamamilə məhv edib. İran hakimiyyəti isə
nüvə obyektlərinin məhv edildiyini təkzib edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir