Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb

Baş səhifə

Bakı.Trend:

Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilir ki, yanvarın 29-da polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 6
qumbara, 3 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 5609 ədəd
müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir