Dekabrda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin dekabr ayında aylıq sosial müavinət və təqaüd
alanların sayı 877,7 min nəfərdən çox olub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.




Bildirilir ki, onların 471,1 min nəfərdən çoxunu aylıq sosial
müavinət, 406,6 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil
edib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial
müavinət alanların sayı 156 min nəfərdən çox olub. Onların
32,93%-ni kişilər, 67,07%-ni isə qadınlar təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir