“Azəralüminium” MMC-nin ötən il ixrac əməliyyatları üzrə gəliri 12%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə “Azəralüminium” MMC 151,1 milyon ABŞ dolları
dəyərində ixrac əməliyyatları aparıb.

Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 15,7 milyon
ABŞ dolları və ya 11,6% çoxdur.




Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu
dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ
dollarına bərabər olub.

2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət
ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər
təmsil olunublar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited
Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime
Cotton” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat
Birliyi” MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,”Export Stream”
MMC,”P-AQRO” MMC,”KHAN-EL” MMC, “AGRARCO” MMC.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir