
Astana. Trend:
2025-ci ilin sentyabr- dekabr aylarında Qazaxıstandan
Azərbaycana buğda ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
34% azalaraq 126,9 min ton təşkil edib.
Trend Qazaxıstanın
Taxıl İttifaqına istinadən xəbər verir ki, bu barədə qurumun
Analitika Komitəsinin rəhbəri Yevgeni Karabanov bildirib.
Onun sözlərinə görə, Qazaxıstan 4 ay ərzində 4 milyon 123,3 min
ton buğda (yumşaq və bərk) ixrac edib ki, bu da ötən mövsümün eyni
dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur.
Eyni zamanda, dekabr ayında ixrac bütün tarix ərzində mütləq
aylıq maksimum göstəriciyə çataraq 1 milyon 778 min ton olub ki, bu
da noyabr ayı ilə müqayisədə 2,1 dəfə, 2024-cü ilin dekabrı ilə
müqayisədə isə 1,85 dəfə çoxdur.
“Beləliklə, cari marketinq ilinin dörd ayı ərzində buğdanın
ixrac potensialının təxminən 50%-i reallaşdırılıb”, – deyə
Karabanov qeyd edib.
Bundan əlavə, 2025-ci ilin sentyabrında başlayan marketinq
ilinin əvvəlindən Qazaxıstan buğdası ötən ilin sentyabr–dekabr
aylarında ixracın olmadığı ölkələrə də göndərilib. Belə ki,
Əlcəzairə 140 min ton (2025-ci ilin dekabrında 56,5 min ton), İrana
56,5 min ton, Niderlanda 2,9 min ton və Portuqaliyaya 2,2 min ton
buğda ixrac olunub.

