“Microsoft” səhmləri kəskin ucuzlaşıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Microsoft” şirkətinin səhmləri yanvarın 29-da keçirilən
ticarətlərin yekunlarına görə “Nasdaq” elektron birjasında təxminən
10% ucuzlaşıb. Bu barədə ticarət meydançasının məlumatları
göstərir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, belə dinamika şirkətin 2025-2026-cı maliyyə
ilinin II rübü üzrə (31 dekabr 2025-ci ildə başa çatıb) maliyyə
hesabatının dərc olunmasından sonra qeydə alınıb.




Bakı vaxtı ilə saat 04:59-a olan məlumata görə, şirkətin
səhmləri 9,99% ucuzlaşaraq bir səhm üçün 433,5 dollar səviyyəsinə
düşüb. Ticarət sessiyası ərzində minimum həddə səhmlərin qiyməti
12,57% geriləyərək bir səhm üçün 421,04 dollar olub.

“Bloomberg” agentliyinin yazdığına görə, bu, 2020-ci ilin mart
ayından bəri Microsoft səhmlərinin dəyərində qeydə alınan ən kəskin
enişdir. Qeyd olunur ki, şirkət rekord xərclər və bulud xidmətləri
satışlarının artım tempinin zəifləməsi barədə məlumat verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir