Azərbaycandan ötən il 86 milyon dollarlıq metanol ixrac edilib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 86,3 milyon ABŞ dolları dəyərində
metanol (metil spirit) ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər
verir.




Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 18,1 milyon
ABŞ dolları və ya 17,3% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu
dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ
dollarına bərabər olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir