
Bakı.Trend:
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görə
məhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb.
Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qrama
yaxın marixuana və tiryək aşkarlanıb. E.Məmmədov ifadəsində
narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa
məlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədi ilə əldə
etdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

