
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə köç karvanları yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə – 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə – 24 nəfər, Təzəbinə kəndinə isə 8 ailə – 41 nəfər köçürülür.

