Zelenski “enerji atəşkəsi” barədə danışıb

Baş səhifə

Bakı. Trend:

Ukrayna enerji obyektlərinə zərbə endirməkdən imtina etməklə
bağlı konkret öhdəliklər götürməyib, lakin belə bir rejimi
qarşılıqlılıq prinsipi əsasında saxlamağa hazırdır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir
Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Burada heç bir sirr yoxdur. Biz və Rusiya arasında bu məsələ
ilə bağlı birbaşa dialoq və birbaşa razılaşmalar olmayıb”, –
Zelenski deyib.




O qeyd edib ki, hələlik energetik atəşkəsin əldə ediləcəyini
söyləməyə hazır deyil.

“Əgər Rusiya bizim enerji obyektlərimizə, istər istehsal edən,
istərsə də digər obyektlərə zərbə endirmirsə, biz də onların enerji
obyektlərinə zərbə endirməyəcəyik. Düşünürəm ki, bu, danışıqların
vasitəçisinin, yəni ABŞ-nin gözlədiyi cavabdır”, – deyə o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir