Bu, Azərbaycan mədəni tarixi üçün çox böyük hadisədir – Rafael Hüseynov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın minlərlə tarixi-mədəni abidəsi otuz illik işğal
dövründə bizə əlçatmaz olub.

Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisi sədrinin
müavini Rafael Hüseynov media nümayəndələri üçün bu gün “Azərbaycan
mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət
Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyası zamanı
deyib.

Onun sözlərinə görə, suveren Azərbaycan reallığında mədəni irsə
də bütöv bir baxış keçirmək mümkündür:




“Bu mənada, bu gün Azərbaycan öz mədəni irsinə bütöv yanaşır və
onu bütövlükdə tədqiq edir. İşğal dövründə həmin mədəni irs
dağıdılıb, zədələnib. Biz indi o irsi bərpa etməklə yanaşı, dünyaya
tanıtmaq istiqamətində də işlər aparırıq”.

Rafael Hüseynov qeyd edib ki, ilk dəfə Azərbaycanda kompleks
şəkildə belə bir mədəni konsepsiya yaradılıb:

“Bu, Azərbaycan mədəni tarixi üçün çox böyük hadisədir. Bizim
əsas vəzifəmiz gələcək çağırışlara cavab verə bilməkdir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir