
Bakı. Trend:
2025-ci ildə SOCAR CAPE-in ixracdan əldə etdiyi gəlirlər 731,1
min ABŞ dolları təşkil edib.
Bu barədə Trend
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)
açıqladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin göstəriciləri ilə
müqayisədə 674,9 min ABŞ dolları və ya 13 dəfə çoxdur.
2024-cü ildə SOCAR CAPE-in ixrac gəlirləri 56,2 min ABŞ dolları
olub.
Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac
əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin
siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil
olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium”
MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac
İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC”
MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika
Xidməti, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli
Cəmiyyəti.

