Yazıçı öz kitabını küçədə sata bilməz – Nizami Cəfərov

Baş səhifə

Bakı. Trend:

Yazıçıya qanunla yaxşı yazmaq tələbini necə qoymaq olar? Yaxud,
yazıçını necə, nə ilə cəzalandırmaq olar?

Trend xəbər
verir ki, bunu akademik Nizami Cəfərov media nümayəndələri üçün
“Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının
Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə
sessiyası zamanı deyib.




Onun sözlərinə görə, mədəniyyət haqqında qanun hüquqi dildə
danışmağı bacarmalıdır:

“Əks halda, heç bir effekt almaq mümkün deyil. Artıq bu yeni
konsepsiya hüquqi dildə cavab verə bilir. Mədəniyyət məsələlərini
hüquqi müstəviyə, riyazi dilə, alqoritmlərə gətirmək qəliz
məsələdir. Bu konsepsiya çərçivəsində bəzi məsələlər yenidən
baxılmalıdır. Yazıçının məhsulunun prodüser vasitəsiylə satışı,
tanıdılması həll edilməlidir. Yazıçı öz kitabını küçədə sata
bilməz”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir