
Bakı. Trend:
Xaçmaz rayonunda gömrük işçilərinin peşə bayramı qeyd
edilib.
Trend xəbər
verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri
Məhəmməd Balaqadaşov, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz
Rəhimov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və gömrük
əməkdaşları iştirak ediblər.
Rayon rəsmiləri və gömrük işçiləri Ümummilli Lider Heydər
Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini
ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev
gömrükçüləri müstəqil Azərbaycanda gömrük xidmətinin yaradılmasının
34-cü ildönümü və gömrük işçilərinin peşə bayramı münasibətilə
təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib
ki, Dövlət Gömrük Komitəsi və onun yerli orqanlarının şəxsi heyəti
Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq, respublikamızda həyata
keçirilən islahatlarda Prezident İlham Əliyevi daim dəstəkləyir və
qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
Digər çıxış edənlər də gömrük işçilərini peşə bayramı
münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.
Sonda Xaçmaz Gömrük İdarəsinin bir qrup gömrük əməkdaşı Xaçmaz
Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

