Ədəbiyyat və tarix dərslikləri birləşdirilə bilməz – Rəsmi

Baş səhifə

Bakı. Trend:

1955-ci ildən sonra Mədənniyət Nazirliyinin dəstəyi ilə ilk
milli fortepiano dərsliyi hazırlanıb.

Bunu Trend-in
sualını cavablandırarkən mədəniyyət nazirinin müşaviri Cəsarət
Valehov media nümayəndələri üçün bu gün “Azərbaycan mədəniyyəti –
2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının
təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında bildirib.

Onun sözlərinə görə, nazirlikdə hər hansı dərslərin ləğvi və ya
dərsliklərin birləşdirilməsi ilə bağlı məlumat yoxdur.




“Eyni zamanda, yeni bir xəbəri də bölüşmək istəyirik. İncəsənət
məktəbləri üçün ilk milli fortepiano dərsliyi hazırlanıb. Yaxın
günlərdə pilot layihə çərçivəsində həmin dərslik məktəblərə
paylanacaq”.

Qeyd edək ki, mediada mədəniyyət konsepsiyası çərçivəsində
mədəniyyət fənni dərsliyinin hazırlanacağı, bəzi dərslərin ləğv
edilib, dərsliklərin birləşdirilməsi haqda xəbərlər yayılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir