Poti–Bakı ekspres blok-qatarı yola salındı (FOTO)

Baş səhifə

Bakı.Trend:

30 yanvar tarixində Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir
Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər
heyətlərinin iştirakı ilə Poti–Bakı ekspres blok-qatarının yola
salınması mərasimi keçirilib.

Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.




Bildirilir ki, tədbirdə yeni ekspres qatarının işə salınmasının
əhəmiyyəti qeyd olunub və bildirilib ki, bu xidmət sayəsində yük
sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş
konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.

Poti–Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz
limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək,
eyni zamanda, yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən
edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə
imkan verən sadələşdirilmiş logistika xidmətidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir