ABŞ-nin raket daşıyıcı gəmisi İsrail limanına daxil olub

Baş səhifə

Bakı. Trend:

ABŞ-yə aid raket daşıyıcı gəmi (guided-missile destroyer-ing)
İsrailin Qırmızı dənizdəki Eilat limana daxil olub.

Trend bu barədə
İsrail KİV-ə istinadən xəbər verir.

İsrail ordusunun məlumatına görə, “USS Delbert D. Black” hərbi
gəmisinin gəlişi əvvəlcədən planlaşdırılıb və İsrail Müdafiə
Qüvvələri (IDF) ilə ABŞ ordusu arasındakı davam edən əməkdaşlığın
bir hissəsidir.




“Times of Israel” yazır ki, İrandakı son hadisələr fonunda son
həftələrdə ABŞ hərbi vasitələrini Yaxın Şərqə köçürür, bölgədə
mövcud atəş gücü və müdafiə qabiliyyətini artırır.

ABŞ hərbi gəmiləri Qırmızı Dəniz ərazisində müntəzəm olaraq
hərəkət edir, lakin onların Eilat Limanına gəlişi nadir hal
sayılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir