
Bakı. Trend:
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda
Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 3,9 milyard
manat məbləğində 82,8 milyon emal olunmuş ödəniş əməliyyatı həyata
keçirilib.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu
göstərici 15,2 milyon əməliyyat və ya 22,5 faiz, dəyər baxımından
isə 689 milyon manat və ya 20,4 faiz çoxdur.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda BKM vasitəsilə 3,2
milyard manat məbləğində 67,6 milyon ödəniş əməliyyatı həyata
keçirilib.
Xatırladaq ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və
operativ şəkildə emalını təmin edən texnoloji və maliyyə
infrastrukturudur. Bu, yəni banklar arasında ödənişlərin düzgün
ötürülməsi və yekun icrasını həyata keçirir. BKM müxtəlif bankların
kartları ilə aparılan ödənişlərin düzgün şəkildə həyata
keçirilməsini təmin edən bir növ “körpü” funksiyasını yerinə
yetirir.

