
Bakı. Trend:
Estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın
həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə faktı
üzrə başlanan cinayət işi üzrə məhkəmə başlayıb.
Trend xəbər
verir ki, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə anket
məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışa verilib.
Məhkəmənin baxış iclası 13 fevralda keçiriləcək.
Qeyd edək ki, Bakıda yerləşən “MedAura” Klinikasında
rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı əməliyyatdan
sonra komaya düşüb. Bir müddət iflic olaraq sonra yataq xəstəsi
olub.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə
ittiham elan edilib.

