Azərbaycan və bp arasında kibertəhlükəsizlik və rəqəmsallaşma sahəsində birgə əməkdaşlıq müzakirə edildi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və bp arasında süni intellekt, kibertəhlükəsizlik və
rəqəmsallaşma sahəsində birgə əməkdaşlıq müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev “X” hesabında paylaşım edib.




“bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Cio Kristofoli ilə görüş keçirdik. Görüş zamanı insan
kapitalının inkişafı və bp ilə mümkün əməkdaşlıq istiqamətləri,
həmçinin şirkətin logistika proseslərində AZCON-la birgə fəaliyyət
məsələlərini müzakirə etdik. Eyni zamanda bp ilə süni intellekt,
kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımların
atılması barədə razılığa gəldik”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir