İqtisadi Şuranın iclası keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

30 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının
sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat
yayıb.

Bildiirlib ki, iclasın gündəliyində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2026-cı il yanvar ayının 5-də yerli
televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn
tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri,
İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, “Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2025-ci il
üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat,
“Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan
qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə
İşçi qrup”un təqdimatı, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə Fəaliyyət Hesabatı və
2026-cı il üçün Fəaliyyət Planı və digər aktual məsələlər ətraflı
müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası
Prezidentinin köməkçisi Natiq Əmirovun və İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal
Qasımlının məruzələri dinlənilib. İclasda təqdim olunan məsələlərə
dair İqtisadi Şuranın üzvləri və eləcə də ədliyyə naziri Fərid
Əhmədov çıxış ediblər.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri
nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara
müvafiq tapşırıqlar verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir