
Bakı. Trend:
Bu gün saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının
püskürməsi qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSXM)
məlumat yayıb.
RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına
əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza
ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə
nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

