
Bakı. Trend:
“World Population Review” statistika təşkilatı ölkələr üzrə
dünyanın ən dadlı yeməklərinin olduğu reytinq cədvəli
hazırlayıb.
Trend xəbər verir
ki, ən dadlı yeməklərə sahib ölkələrin reytinqində Yunanıstan 4,6
bal toplayaraq ardıcıl ikinci il olaraq birinci yerdə
qərarlaşıb.
Yunanıstanın ardınca ilk beşlikdə İtaliya (4,59), Meksika (4,52)
və Türkiyə (4,5) yer alır.
Azərbaycan mətbəxi 4.07 balla reytinq cədvəlində 55-ci yerdə
qərarlaşıb. Siyahıda Azərbaycandan öndə Sloveniya, altda isə Böyük
Britaniya mətbəxi gəlir.
Qeyd edək ki, reytinq təxminən 400 min fərdi rəyə əsaslanaraq
hazırlanır. Ölkələrə bir ilə beş arasında qiymət verilir.
Reytinqin cədvəlinin sonunda Laos və Nikaraqua yer alıb.

