“Evdə tək” filminin ulduzu Ketrin O’Hara vəfat edib

Baş səhifə

Bakı. Trend:

Məşhur “Evdə tək” filmindən tamaşaçılara yaxşı tanış olan
aktrisa Ketrin O’Hara 72 yaşında vəfat edib.

Trend xəbər verir
ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.




Məlumata görə, aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ketrin O’Hara aktyorluq karyerasına 1974-cü ildə
Kanadanın Toronto şəhərində yerləşən “The Second City” teatrında
başlayıb. O, geniş tanınmasını Tim Börtonun 1988-ci ildə çəkdiyi
“Beetlejuice” filmində Deliya Dits rolu, eləcə də “Evdə tək”
filmində Makoley Kalkinin canlandırdığı Kevin obrazının anası rolu
ilə qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir