Braziliyada 13 yaşlı yeniyetmə köpək balığı hücumu nəticəsində ölüb

Baş səhifə

Bakı. Trend:

Braziliyanın Olinda şəhərində yerləşən çimərlikdə 13 yaşlı
yeniyetmə köpək balığının hücumuna məruz qalaraq həyatını
itirib.

Trend xəbər verir
ki, bu barədə “Agência Brasil” məlumat yayıb.




Məlumata görə, yeniyetmə dənizdə dostları ilə oynayarkən köpək
balığı ona hücum edərək sağ budunun arxa hissəsindən dişləyib. O,
çoxlu qan itirdiyindən xəstəxanaya heç bir həyat əlaməti olmadan
çatdırılıb.

Qeyd olunur ki, hadisənin baş verdiyi ərazi köpək balığı
hücumları ilə tanınır. Bu insident Pernambuku ştatında köpək balığı
hücumları nəticəsində həlak olanların sayını 27-yə çatdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir