“Flamenqo” Lukas Paketanın transferini rəsmən açıqladı

Baş səhifə

Bakı. Trend:

“Flamenqo” rəsmi saytında 28 yaşlı yarımmüdafiəçi Lukas
Paketanın İngiltərənin “Vest Hem” klubundan transfer olunduğunu
elan edib.

Trend xəbər verir
ki, futbolçu ilə bağlanan müqavilə 2030-cu ilin sonunadək qüvvədə
olacaq. Paketa “qırmızı-qaralar”ın heyətində 20 nömrəli forma ilə
çıxış edəcək.

Flamenqo” bu transfer üçün Braziliya futbolu tarixində rekord
məbləğ sayılan 42 milyon avro ödəyib.




Qeyd edək ki, Lukas Paketa “Flamenqo”nun gənclər sisteminin
yetirməsidir. O, 2019-cu ildə Braziliya klubundan “Milan”a transfer
olunub, 2022-ci ilin yayından isə “Vest Hem”də çıxış edirdi.
İngiltərə klubunun heyətində bütün turnirlərdə 139 oyuna çıxan
yarımmüdafiəçi 23 qol vurub və 15 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı
bazar dəyəri 35 milyon avro təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir