Tramp bir ildə ABŞ iqtisadiyyatına 18 trilyon dollar investisiya cəlb etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu bir il ərzində
ölkə iqtisadiyyatına təxminən 18 trilyon dollar investisiya cəlb
etdiyini bildirib. Onun sözlərinə görə, bu göstərici sələfi Co
Baydenin nəticələrini 18 dəfədən çox üstələyir.

Trend-in
məlumatına görə, Amerika lideri bu fikirləri “The Wall Street
Journal” qəzeti üçün yazdığı məqalədə ifadə edib.




Tramp qeyd edib ki, gömrük rüsumlarından səmərəli istifadə
etməklə ABŞ-yə misli görünməmiş həcmdə investisiya axınına nail
olub. Onun sözlərinə görə, Co Baydenin öz hesablamalarına əsasən,
dörd il ərzində Birləşmiş Ştatlara 1 trilyon dollardan az yeni
investisiya cəlb olunub, halbuki Tramp administrasiyası bir ildən
də az müddətdə 18 trilyon dollardan çox investisiya öhdəliyinin
götürülməsinə nail olub.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, Çin mallarının ABŞ
idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə enib. Tramp
bildirib ki, Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına daxil
olmasından bu yana ilk dəfə olaraq ABŞ idxalındakı payı bu qədər
azalıb və nəticədə ölkəyə yüz milyardlarla dollar vəsait daxil
olur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir