
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hasan Suvarı özünə baş
müşavir təyin edib.
Trend xəbər verir
ki, bununla bağlı müvafiq qərar “Resmi Gazete”də dərc olunub.
Qərara əsasən, Hasan Suvar baş müşavir vəzifəsi ilə yanaşı,
ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini kimi
də fəaliyyət göstərəcək.
Bundan başqa, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Maltaya
səfiri vəzifəsinə Barkın Kayaoğlunu, Papua–Yeni Qvineyaya səfiri
vəzifəsinə isə Bilgin Özkanı təyin edib.

