Dövlət Departamenti Səudiyyə Ərəbistanına “Patriot” sistemləri üçün raketlərin satışını təsdiqləyib

Baş səhifə

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 9 milyard dollar dəyərində Patriot sistemləri üçün raketlərin mümkün satışına razılıq verib.

APA xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-dan 730 ədəd “PAC-3 MSE” tipli idarə olunan raket və müşayiətedici avadanlıqların alınması üçün sorğu göndərib.

Sözügedən satış Dövlət Departamenti tərəfindən təsdiqlənib və bununla bağlı ABŞ Konqresinə rəsmi bildiriş təqdim olunub.

Açıqlamada qeyd olunur ki, bu satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına uyğundur. Slah satışının regiondakı güc balansına təsir göstərməyəcəyi, həmçinin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir etməyəcəyi vurğulanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir