Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində tapşırıqlar verildi

Baş səhifə

Yanvarın 30-da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) 2025-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Modern.az xəbər verir ki, Agentliyin rəisi general-mayor Sərdar Səfərov ötən ilin yekunları ilə bağlı çıxış edib.

Kollegiya iclasında hesabat dövründə Agentliyin struktur bölmələri tərəfindən görülmüş işlərə dair məruzələr dinlənilib, 2026-cı ildə Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası, hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlığının daha da gücləndirilməsi istiqamətində atılmalı olan addımlarla bağlı zəruri tapşırıqlar verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir