Ermənistan ordusundakı keşişlər QOVULDULAR

Baş səhifə

Ermənistan müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrdə Ruhani xidməti ləğv edilib.

Modern.az xəbər verir ki, məlumatı Ermənistan KİV-nə keşiş Psak Mkrtçyan açıqlayıb.

O xatırladıb ki, Silahlı Qüvvələrdə Ruhani xidməti 20 ildən çoxdur fəaliyyət göstərirdi.

“Müdafiə nazirinin əmri ilə biz ruhanilər vəzifələrimizdən azad edildik. Allah Kilsəmizi, Vətənimizi və Ordumuzu gücləndirsin”, – deyə keşiş narazıllığını ifadə edib.

Ermənistan Respublikası Silahlı Qüvvələrinin Ruhani xidməti 13 noyabr 1997-ci ildə katolikos I Qaregin və müdafiə naziri Vazgen Sarkisyanın birgə təşəbbüsü ilə təsis edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir