
Bakı. Trend:
“Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya və üzərimdə əməyi olan bütün həkimlərə təşəkkür
edirəm”.
Trend xəbər
verir ki, bu fikirləri bu gün “Qafqazda ilk ürək transplantasiyası:
Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər”
elmi-praktiki dəyirmi masada əməliyyatın icra edildiyi Rəşad
Məmmədəliyev deyib.
“Əməliyyat uğurla icra edildi, heç bir problemim yoxdur, hər
kəsi donorluqdan faydalanmağa çağırıram”, – deyə o əlavə edib.

