Yaponiyada əlverişsiz hava şəraiti ilə əlaqədar ölənlərin sayı 29 nəfərə çatıb

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın bölgələrinə bu qış mövsümündə düşən qar səbəbindən
ən azı 29 nəfər həlak olub, təxminən 300 nəfər müxtəlif dərəcəli
xəsarətlər alıb.

Trend bu barədə
xarici KİV-ə isitnadən xəbər verir.




Ən yüksək ölüm halları Niigata prefekturasında baş verib; yerli
hakimiyyətlərin 29 yanvar məlumatına görə burada 12 nəfər həlak
olub, əlavə olaraq 94 nəfər xəsarət alıb. Ölüm hallarına görə
ikinci yerdə Akita prefekturası gəlir; 10 yanvardan 30 yanvara
qədər olan dövrdə burada 8 nəfər həyatını itirib və əlavə 79 nəfər
yaralanıb.

Hokkaydo adasında isə yerli polis məlumatlarına görə, yanvar
ayında 5 nəfər həlak olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir