
Bakı.Trend:
Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.
Trend xəbər
verir ki, bunu Orqan Donorluğu va Transplantasiyası üzrə
Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova “Qafqazda ilk ürək
transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və
gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masa
çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Sədr qeyd edib ki, həmin şəxslərin donor ola biləcək insanlara
ehtiyacı var:
“Hazırda Azərbaycanda 4642 şəxs dialezdədir. Onların da donor
ola biləcək insanlara ehtiyacı var”.

