Elnur Rzayev doğum günü olan şəhid övladları ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid
Vüsal Rüstəmovun və şəhid Elvin Qayıbovun ailə üzvləri ilə
görüşüb.

Trend xəbər
verir ki, icra başçısı şəhid Vüsal Rüstəmovun oğlu Şahin Rüstəmovu
10, şəhid Elvin Qayıbovun qızı Nur Qayıbovanı isə 5 yaşı tamam
olması münasibətilə təbrik edib, onlara xoş arzularını
çatdırıb.




Görüş zamanı ad günlərini qeyd edən şəhid övladlarına hədiyyələr
təqdim olunub.

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir