Banklar daha çox hansı sahibkarı seçir? – Biznes kreditlərinin bölgüsü

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfelinin
strukturunda biznes kreditlәri 53,6% (16,106 milyard manat) paya
malik olub.

Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bir
ay əvvəlki göstərici ilə müqayisədə 301,5 milyon manat və ya 1,9%,
ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat və yaxud 8,9%
çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda iri
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,550 milyard
manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən
78,3 milyon manat və ya 2,2%, ötən ilin eyni dövrünə nisbətən isə
252,9 milyon manat və ya 3% artım deməkdir.

Eyni zamanda bu ilin yanvarın 1-nə ölkədə orta sahibkarlıq
subyektlərinə 2,289 milyard manat kredit verilib. Bu, bir ay əvvələ
nisbətən 9,8 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü ilə
müqayisədə isə 455 milyon manat və ya 24,8% çoxdur.




Həmçinin 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda kiçik
sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,707
milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 64,9 milyon
manat və ya 3,9%, illik müqayisədə isə 158,3 milyon manat və
ya10,2% artım deməkdir.

Bundan başqa, bu ilin yanvarın 1-nə ölkədə mikro sahibkarlıq
subyektlərinə 3,560 milyard manat biznes kreditləri verilib. Bu isə
əvvəlki ayla müqayisədə 40,3 milyon manat və ya 1,1%, illik
müqayisədə isə 452,8 milyon manat və yaxud da 14,6% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların
kredit portfeli 1.3% və ya 377,5 milyon manat artaraq 30,063
milyard manat olub. Kredit portfelinin strukturunda biznes
kreditlәri 53,6% (16,106 milyard manat), istehlak kreditlәri 31,1%
(9,354 milyard manat) vә ipoteka kreditlәri 15,3% (4,602 milyard
manat) təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir