
Bakı. Trend:
Ekstremal istilər, güclü şaxtalar və leysan yağışları 2026-cı
ilin yanvarını hava ziddiyyətləri ayına çevirib. Bu, dəqiq
proqnozların və erkən xəbərdarlıq sistemlərinə investisiyaların
əhəmiyyətini göstərir.
Trend xəbər verir ki, bu
barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.
Məlmata görə, dünyanın bütün regionlarında ciddi insan
tələfatına, iqtisadi itkilərə və ətraf mühitə ziyana səbəb olan
təbii hadisələr qeydə alınıb.
Ümumdünya Meteorologiya Təşkilatı, o cümlədən Ümumdünya Səhiyyə
Təşkilatı ilə birgə təşəbbüslər çərçivəsində ekstremal istilərin və
digər hava təhlükələrinin nəticələri ilə mübarizə işi
gücləndirilir.
Mütəxəssislər vurğulayır ki, 2026-cı ilin yanvar ayı erkən
xəbərdarlığa, iqlim dayanıqlığına və fəlakətlərə hazırlığa
yatırılan investisiyaların insanların həyatını xilas etdiyini bir
daha xatırlatdı.

