Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Yanvarın 31-də Qış İdman Növləri Federasiyasının dəstəyi və
“Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə uşaqlar arasında
həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

Trend xəbər verir ki, sayca
dördüncü dəfə təşkil olunan turnirin ilk günündə əvvəlcədən
qeydiyyatdan keçən 6–8, 9–12 və 13–17 yaş kateqoriyalarını əhatə
edən 80-ə yaxın gənc xizək həvəskarı “Nəhəng slalom” növü üzrə
mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən, 6–8 yaş kateqoriyasında qızlar
arasında Nurlana Abdulova, oğlanlar arasında isə Muron Anatşov
birinci yerə layiq görülüb.

9–12 yaş kateqoriyasında qızlar arasında Zarina Vəliyeva
birinci, Amina Əhmədova ikinci, Aylin Həsənzadə üçüncü olub.
Oğlanlar arasında isə Mehdi Haktari 1-ci, Nadir Alışov ikinci, Səid
Nazurov üçüncü yeri tutub.




13–17 yaş kateqoriyasında qızlar arasında Lyudmila Podqornaya
birinci, Suel Hacıbəyli ikinci, Məryəm Vəzirova üçüncü yerləri
bölüşüblər. Oğlanlar arasında Amin Şıxov qalib olub, Yusif
Kiçibekov ikinci, Nurəddin Nazurov üçüncü pillədə qərarlaşıb.

Turnirin yekununda qaliblər “Şahdağ” Turizm Mərkəzi və
sponsorlar tərəfindən kubok və medallarla mükafatlandırılıb,
iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

Yarışın keçirilməsində əsas məqsəd ölkədə xizək idman növünün
təşviqi, uşaqlar arasında bu sahəyə marağın artırılması, eləcə də
“Şahdağ” Turizm Mərkəzinin beynəlxalq idman yarışlarının təşkili
üzrə təcrübəsinin genişləndirilməsidir.

Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 1-də
böyüklər arasında keçiriləcək yarışla davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir