
Bakı. Trend:
Son illərdə mobil tətbiqlərin inkişafı taksi xidmətlərindən
istifadəni əhəmiyyətli dərəcədə asanlaşdırıb. Bir vaxtlar küçədə
taksi axtarmaq, qiyməti əvvəlcədən bilməmək və xidmət keyfiyyəti
ilə bağlı qeyri-müəyyənliklər adi hal idisə, bu gün mobil
platformalar vasitəsilə bir neçə saniyə ərzində səfəri sifariş
etmək, marşrutu və qiyməti öncədən görmək mümkündür.
10–15 il əvvəl Bakı şəhərində taksi bazarında əsasən nağd ödəniş
üstünlük təşkil edir, xidmət keyfiyyəti və təhlükəsizlik üzrə vahid
standartlar mövcud olmur, həmçinin sərnişinlərin seçim imkanları
məhdud olurdu. Bu gün isə rəqəmsal həllər sayəsində qiymətlərin
əvvəlcədən görünməsi, sürücü və avtomobil məlumatlarının
şəffaflığı, xidmət keyfiyyətinə nəzarət və daha geniş xidmət seçimi
təmin edilir ki, bu da həm sərnişinlər, həm də sürücülər üçün daha
təhlükəsiz və aydın mühit yaradır.
Bu müsahibədə Bolt-un müştəri dəstək xidmətinin əsas alətləri,
tez-tez rast gəlinən problemlər və onların həlli yolları barədə,
Bolt Azərbaycan Müştəri Dəstəyi üzrə mütəxəssis Nəriman
Abbasovun iştirakı ilə danışacağıq.
– Nəriman bəy, ümumiyyətlə müştəri dəstəyi
niyə bu qədər vacibdir?
— İlk olaraq qeyd edim ki, Bolt taksi şirkəti deyil. Bolt
istifadəçiləri müxtəlif xidmətlərlə birləşdirən texnoloji
platformadır. Bolt tətbiqi vasitəsilə istifadəçilər taksi sifarişi,
qida çatdırılması, mikromobillik (skuter), eləcə də Bolt for
Business korporativ həllərindən yararlana bilirlər. Bu yanaşma
istifadəçilərə daha çevik və ehtiyaclarına uyğun seçimlər təqdim
edir.
Bolt platformasında əsas məqsədimiz texnologiya vasitəsilə
səfərlərin böyük əksəriyyətinin problemsiz və müdaxiləsiz şəkildə
baş tutmasını təmin etməkdir. Tətbiqdə mövcud funksiyalar bir çox
məsələlərin — o cümlədən unudulmuş əşyalarla bağlı əlaqə
istifadəçilər tərəfindən birbaşa həllinə imkan yaradır. Yalnız
səfər zamanı və ya sonrasında əlavə çətinlik yarandıqda, müştəri
dəstəyi prosesi cəlb olunur və hər bir müraciət operativ, ədalətli
və şəffaf şəkildə araşdırılır. Bu yanaşma həm xidmətin
səmərəliliyini, həm də istifadəçilərin platformaya olan etimadını
qorumağa xidmət edir.
– Bolt-un Azərbaycandakı müştəri dəstəyi hansı
prinsiplər əsasında fəaliyyət
göstərir?
— Bolt-un müştəri dəstəyi sürət, obyektivlik və təhlükəsizlik
prinsiplərinə əsaslanır. Hər müraciət ayrıca araşdırılır, tətbiqdə
mövcud məlumatlar və sistem qeydləri əsasında qiymətləndirilir.
Qərarlar həm sərnişinin, həm də sürücünün hüquqları nəzərə alınaraq
verilir.
– İstifadəçilərin verdiyi rəy və sürücülərin reytinqi nə
üçün vacibdir?
— Rəy və reytinqlər xidmət keyfiyyətinin qorunmasında əsas
alətlərdəndir. Sərnişinlərin verdiyi qiymətləndirmələr sürücülərin
davranışına və xidmət səviyyəsinə birbaşa təsir edir. Eyni zamanda,
bu məlumatlar problemli halların erkən mərhələdə aşkar edilməsinə
imkan yaradır.
– Niyə bu məsələlər üçün məhz Bolt tətbiqindən
istifadə etmək tövsiyə olunur?
— Çünki yalnız tətbiq daxilində edilən müraciətlər konkret
səfərlə avtomatik əlaqələndirilir və Bolt komandası dərhal bütün
zəruri məlumatlara — sifarişin detalları, səfəri həyata keçirən
sürücü, marşrut, səfərin gedişi və tərəflər arasında baş vermiş
ünsiyyətə çıxış əldə edir. Bu, məsələnin daha sürətli, obyektiv və
dəqiq şəkildə araşdırılmasına imkan verir. Sosial şəbəkələr və
digər kanallar məlumatı əksər hallarda natamam təqdim etdiyi üçün
problemi eyni effektivliklə həll etmək mümkün olmur.
– Son dövrlərdə taksi xidmətində tez-tez
rast gəlinən problemlər hansılardır?
— Kart ödənişindən imtina və ya iki ünvanlı sifarişlərin qəbul
edilməməsi kimi hallar mövcuddur və ciddi nəzarətdə saxlanılır. Bu
cür davranışlar Bolt qaydalarına ziddir. Belə hallarda
istifadəçilər tətbiq üzərindən müraciət etməli və müştəri dəstəyi
tərəfindən müvafiq tədbirlər görülür.
Eyni zamanda, təhlükəsizliklə bağlı məsələlər Bolt üçün əsas
prioritetdir. Statistikaya əsasən, hazırda Bolt platformasında hər
10 000 səfərə düşən təhlükəsizliklə bağlı şikayətlərin sayı cəmi
0,57 təşkil edir. Bu göstərici illik ümumi səfərlərin təxminən
0,0057%-ni əhatə edir ki, bu da tətbiq olunan təhlükəsizlik
tədbirlərinin effektivliyini göstərir. Təhlükəli sürücülük,
tətbiqdə göstərilən sürücü və ya avtomobil məlumatlarının faktiki
vəziyyətlə uyğun gəlməməsi, eləcə də sürücünün şübhəli davranışı
ciddi şəkildə araşdırılır.
Səfərdən əvvəl sürücülərin kimliyi və avtomobil məlumatları
yoxlanılır. Əgər səfər zamanı hər hansı uyğunsuzluq müşahidə
olunarsa, sərnişin bunu tətbiq üzərindən bildirə bilər. Bu cür
müraciətlər və verilən rəylər sistemdə toplanır və təkrar olunan
neqativ hallar aşkar edildikdə, xidmət göstərməyə uyğun olmayan
sürücülərin platformaya çıxışı məhdudlaşdırılır və ya dayandırılır.
Bu mexanizm potensial risklərin vaxtında qarşısını almağa və
yüzlərlə mənfi təcrübənin baş verməsinin önlənməsinə xidmət
edir.
– Səfər zamanı sərnişinlərin təhlükəsizliyini təmin
etmək üçün Bolt tətbiqində hansı əsas
alətlər və yeni funksiyalar mövcuddur?
Səfər zamanı istifadəçilər üçün bir sıra təhlükəsizlik alətləri
mövcuddur. Bunlara səfərin canlı izlənilməsi və
yaxınlarla paylaşılması, Təcili Yardım düyməsi
daxildir. Bu alətlərdən istifadə xüsusilə tövsiyə olunur.
Qeyd edim ki, tətbiqdə Pick-up Code (Gedişin
Təsdiq Kodu) adlı yeni təhlükəsizlik funksiyası da istifadəyə
verilib. Bu funksiya səfərin yalnız düzgün sürücü və sərnişin
arasında başladığını təsdiqləyir və yanlışlıqla başqa bir şəxsin
təyin edilmiş avtomobilə əyləşməsinin qarşısını alır. Sərnişin bu
kodu tətbiqin “Təhlükəsizlik” bölməsindən
aktivləşdirə bilər.
– Bəs sürücülərin qarşılaşa biləcəyi problemlər
nələrdir və onlar nə etməlidirlər?
— Sürücülər də müxtəlif problemlərlə üzləşə bilirlər — sərnişin
davranışı, ödənişlə bağlı anlaşılmazlıqlar, fırıldaqçılıq və
dələdulzuq halları və s. Belə vəziyyətlərdə sürücülər də tətbiq
üzərindən müştəri dəstəyinə müraciət etməlidirlər. Bolt platforması
hər iki tərəfin təhlükəsizliyini qorumaq üçün alətlər təqdim
edir.
– Sonda istifadəçilərə nə tövsiyə
edərdiniz?
— Bolt-dan istifadə edərkən hər hansı problem yaranarsa, bunu
tətbiq daxilində bildirsinlər, rəy və reytinq verməyi unutmasınlar
və təhlükəsizlik funksiyalarından aktiv istifadə etsinlər. Bu, həm
öz rahatlıqları, həm də platformanın ümumi xidmət keyfiyyəti üçün
vacibdir.

