“Qalatasaray”da ciddi itki baş verdi

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Qalatasaray” klubunun heyətində ciddi itki baş
verib.

Trend xəbər verir ki,
İstanbul nəhənginin əsas oyunçularından olan Leroy Sane sıradan
çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.




Almaniya millisinin üzvü UEFA Çempionlar Liqası Liqa
mərhələsinin 8-ci turunun “Mançester Siti” ilə matçında sağ ayaq
topuğundan zədə alıb. 30 yaşlı vinger təxminən 2 həftə yaşıl
meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Leroy Sane mövsümün əvvəlindən “Qalatasaray”da
çıxış edir. Təcrübəli futbolçu “sarı-qırmızılar”ın heyətində
meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə
yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir