Kosta-Rikada prezident və parlament seçkiləri keçiriləcək

Baş səhifə

Kosta-Rikada 1 fevral tarixində prezident və parlament seçkiləri keçiriləcək.

APA xəbər verir ki, bu seçkilərdə ölkə vətəndaşları yeni prezident, iki vitse-prezident, eləcə də Qanunverici Assambleyanın (birpalatalı parlament) 57 deputatdan ibarət tam tərkibini seçməlidirlər.

Konstitusiyaya görə, hazırkı prezident Rodriqo Çaves Roblesin ardıcıl ikinci müddətə namizədliyini irəli sürmək hüququ yoxdur.

Namizədlərdən heç biri birinci turda səslərin 40%-dən çoxunu toplaya bilməsə, qalibi müəyyən etmək üçün ikinci tur tələb oluna bilər.

Qeyd edək ki, seçkilərdə prezidentlik uğrunda 20 namizəd mübarizə aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir