
Bakı. Trend:
Mussa Diabi mövsümün sonunadək “Əl-İttihad”da qalacaq.
Trend xəbər verir ki, 26
yaşlı yarımmüdafiəçi ilə “İnter” maraqlanırdı. Milan klubu
futbolçunu 28 milyon avro məcburi satınalma şərti ilə icarəyə
götürməyi təklif edib, lakin Səudiyyə Ərəbistanı təmsilçisi bu
təklifi rədd edərək 40 milyon avro tələb edib. Tərəflər kompromisə
gələ bilməyiblər.
Qeyd edək ki, cari mövsümdə Diabi Səudiyyə Ərəbistanı
çempionatında 16 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə
edib.

