Ukrayna ABŞ-dan planlaşdırılan görüşlər barədə aydın mövqe gözləyir – Zelenski

Baş səhifə

Bakı. Trend:

Ukrayna ABŞ tərəfinin gələcək təmaslarla bağlı konkret məlumat
təqdim etməsini gözləyir və qarşıdakı həftə nəzərdə tutulan
görüşlərə böyük ümid bəsləyir.

Trend xəbər verir ki, bu
fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski səsləndirib.




Onun sözlərinə görə, müdafiə naziri Rustem Umerov gün ərzində
müvafiq məlumat verib: “Biz ABŞ tərəfi ilə daimi əlaqədəyik və
onlardan gələcək görüşlərin formatı və məzmunu ilə bağlı konkret
təkliflər gözləyirik. Ukrayna bütün mümkün formatlarda işləməyə
hazırdır. Əsas məqsəd real nəticələr əldə etmək və görüşlərin baş
tutmasını təmin etməkdir. Gələn həftə keçirilməsi planlaşdırılan
görüşləri səbirsizliklə gözləyirik və onlara hazırlıq görürük”, –
deyə Zelenski bildirib.

Prezident çıxışında görüşlərin dəqiq vaxtı barədə detalları
açıqlamayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir