Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun
vurulacaq.

Trend-in
məlumatına görə, turun son günündə “Neftçi” “Araz-Naxçıvan”la
üz-üzə gələcək. Matç saat 16:00-da start götürəcək.




Son çempion “Qarabağ” isə “Turan Tovuz”la qarşılaşacaq. Oyunun
start fiti saat 18:30-da çalınacaq.

Qeyd edək ki, turnir cədvəlinə 43 xalla “Sabah” başçılıq edir.
Ondan bir oyun az keçirən “Qarabağ”ın 36 xalı var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir