
Bakı. Trend:
Azərbaycan güləşçilərinin 2026-cı il fevralın 1-nə olan reytinq
cədvəli bəlli olub.
Trend-in
məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyi məlumat
yayıb.
Məlumata əsasən, birinci pillədə 480 xalla yunan-Roma güləşçisi
Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460)
ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.
Növbəti sıralarda Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal),
Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseniy Djioyev
(hər ikisi sərbəst güləş, hər ikisi 340 xal), Zelim Tçkayev (cüdo,
330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz
Əzizli (yunan-Roma güləşi, 320 xal) qərarlaşıblar.

