
Ağsuda baş vermiş qəzada bəzi təfərrüatları məlum olub.
APA-nin Şirvan bürosu xəbər verir ki, İdarəetməni itirən Mercedes markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə 4 nəfər müxalifət dərəcəli bədən xəsarətləri alıb. Onlardan Qazax rayon sakini 34 yaşlı Mollayev Amil Emin oğlunun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
***
10:30
Ağsuda avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

