
Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı vəziyyətin
həlli üçün Əbu-Dabidə keçiriləcək danışıqların yeni tarixlərini
açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə V.Zelenski “Telegram” kanalında
yazıb.
“Danışıqlar qrupumuz bu yaxınlarda məlumat verdi. Növbəti
üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevral
tarixlərində Əbu-Dabidə”, – deyə o bildirib.
Onun sözlərinə görə, “Ukrayna əsaslı müzakirələrə hazırdır və
nəticənin bizi münaqişənin real və ləyaqətli şəkildə sona çatmasına
yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır”.

