İranda baş verən hadisələr çevrilişə bənzəyirdi – İranın Ali Lideri

Baş səhifə

Bakı. Trend:

İranda son vaxtlar baş verən iğtişaşlar çevrilişə
bənzəyirdi.

Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei
bu gün İranda İslam İnqilabının 47-ci illiyinin tədbirlərinin
başlanması ilə əlaqədar Tehranda bir qrup İran vətəndaşını qəbulu
zamanı deyib.

Onun sözlərinə görə, polis şöbələri, İslam İnqilabı Keşikçilər
Koprusu (SEPAH) mərkəzləri, bəzi dövlət mərkəzləri, banklar kimi
ölkənin idarə olunmasında effektiv və önəmli mərkəzlərin
dağıdılması, məscidlərə xəsarətin yetirilməsi bu iğtişaşların
çevrilişə bənzədiyini göstərir.




Xamenei əlavə edib ki, təbii ki, ölkədə baş verən iğtişaş
yatırıldı. Çox təəssüflər olsun ki, ölü sayının artırılmasına cəhd
göstərildi. İğtişaşçılar ölü sayının daha çox olmasını istəyirdi.
Əlbəttə çoxlu sayda ölünün olması da təəssüfləndirici haldır.

İranın Ali Lideri qeyd edib ki, əsas məqsəd ölkənin
təhlükəsizliyini alt-üst etmək idi. Ölkədə təhlükəsizlik olmazsa,
heç nə yoxdur, nə çörək, nə istehsal, nə gəlir, nə dərs, nə də
inkişaf yoxdur.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda 3 117 nəfərin öldüyü bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir