ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı

Baş səhifə

ABŞ-də yaşayan və Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynovdan yeni xəbər var.

Modern.az xəbər verir ki, bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılan alim artıq azad edilib və Buffalo şəhərinə qayıdıb.

Alim bu müddət ərzində olanlarla bağlı Facebook hesabında paylaşım edib:

Qeyd edək ki, Şövqi Hüseynov yanvarın 7-də avtomobillə hərəkət edərkən səhvən Kanadaya aparan Sülh körpüsünə daxil olub. Daha sonra Buffaloya qayıtsa da, ABŞ sərhəd agentləri Hüseynovun ABŞ-dan deportasiya oluna biləcəyini müəyyən ediblər və onu İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə təhvil veriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir