Cəlilabadda əmi qardaşı uşaqlarını BALTALADI

Baş səhifə

Cəlilabadda əmi qardaşı uşaqlarına kəsici-deşici alətlə xəsarət yetirib.

Modern.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində qeydə alınıb.

Şəxsi münasibətlər zəminində yaxın qohumlar arasında mübahisə yaranıb. Mübahisə nəticəsində əmi yeniyetmə qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yeniyetmələrin vəziyyətlərinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən əmi, Dağıstandan yenicə qayıdıb. Onun əvvəllər məhkumluq həyatı yaşadığı deyilir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. (Mənbə:APA)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir